19 aprel 2011 00:39
Moskva Spartak`ı baş məşqçisiz qaldı
Rusiyanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin istefaya gedib. Azerisport.az xəbər verir ki, o, öz istəyi ilə tutduğu postdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Karpinin istefasına onun çalışdırdığı komandanın Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliya “Portu”suna 1:5 və 2:5 hesablı məğlubiyyətləri, eləcə də Rusiya Premyer Liqasının ilk 5 turu ərzində cəmi 4 xalla 16 komanda arasında 15-ci yeri tutması səbəb olub.
Lakin maraqlıdı ki, paytaxt klubunun rəhbərliyi Karpini baş direktor vəzifəsində saxlamağa qərar verib. Yəni o, komandanın sükanı arxasından getsə də, klubdakı fəaliyyətini davam etdirəcək. Karpinin postuna isə Moskva “Dinamo”sunun sabiq baş məşqçisi Andrey Kobelevin gətirilməsi gözlənilir.
