19 aprel 2011 14:13
Lomaya: Təəssüf ki, çempionluq titulumuzu qoruya bilmədik
Son ölkə çempionu “İnter”in qapıçısı Georgi Lomaya komandasının cari mövsümkü çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, cari mövsümkü uğursuzluqları haqda bunları dilə gətirib:
“Bizim “altılıq” mərhələsində bir dənə də olsun qələbə qazana bilməməyimiz çox pisdi. Bundan sonra çempionatda nəyəsə ümid etməyimiz əbəsdi. Biz artıq çətin ki, nəsə qazanaq. Təəssüf ki, biz öz titulumuzu qoruya bilmədik. Amma “Neftçi” buna daha çox yaxındı”.
