19 aprel 2011 14:23
Xəzər Lənkəranı yenə azarkeşləri ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Premyer Liqanın 27-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqanın 28-ci turunun “Xəzər Lənkəran” – “İnter” matçının 39-cu dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Muğan” – “Turan” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
