19 aprel 2011 14:40
Zohair Benuahi XL yolunda
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi mövsümün sonunda paytaxt klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, hazırda onun xidmətində bir çox iddialı klublarımız maraqlıdı.
Bu mənada onun xüsusilə son ölkə çempionu “İnter”ə və “Xəzər Lənkəran”a keçmək şansı daha yüksək qiymətləndirilir. Futbolçu özü saytımıza müsahibəsində “təyyarəçilər”lə müqaviləsinin olduğunu və burda özünü yaxşı hiss etdiyini desə də, hər halda AZAL-ın onu satması da istisna olunmur. Mərakeşli futbolçunun bakılılarla müqaviləsinin müddəti isə 2012-ci ilə qədər nəzərdə tutulub.
