19 aprel 2011 22:20
Millimiz Barcelonaya 2 qol vursa da, uduzdu (YENİLƏNİB)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, İspaniyanın "Barcelona" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Nurlan Novruzov və Kərim Diniyev fərqlənib.
Qeyd edək ki, U-19 turnirdə növbəti oyununu sabah - aprelin 20-də, Bakı vaxtı ilə saat 13:00-da "Napoli" klubunun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
