19 aprel 2011 15:28
Bakı Vaqif Cavadovla yollarını ayırır
“Bakı” millimizin də şərəfini qoruyan Vaqif Cavadovla yollarını ayıracaq. Azerisport.az xəbər verir ki, buna onun müqavilə müddətinin başa çatmaq üzrə olması səbəb göstərilir.
Qeyd edək ki, Vaqif hələ də müqavilə ilə Hollandiyanın “Twente” klubuna məxsusdu. “Bakı”da isə o, icarə əsasında çıxış edirdi. Onun haqqında yekun qərar verməyən paytaxt klubunun rəhbərliyi güman ki, komandaya elə də fayda verə bilməyən hücumçunu heyətində saxlamayacaq.
