19 aprel 2011 16:12

Qarabağ niyə son oyunlarda qol vura bilmir?

“Qarabağ” ötən ilin dekabrından 9 oyunluq qələbə seriyası əldə etsə də, aprel ayında keçirdiyi oyunlarda qələbə qazana bilməyib. Azerisport.az xəbər verir ki, son 2 oyunda qolsuz bərabərliyə razılaşan komanda 3-cü pillədəki mövqeyini əldən verməyib.
 
Daim baxımlı, zövqlü oyuna üstünlük verən Qurban Qurbanovun komandası son oyunlarda qol vurmaqda çətinlik çəkir. Bunun səbəblərini araşdırmaq üçün klubun rəsmi saytında məşqçilər korpusunun üzvlərinə müraciət olunub. Ağdam klubunun məşqçilərindən Müşfiq Hüseynov sözügedən problemlə bağlı bunları dilə gətirib:
 
“Deməzdim ki, qol vurmağa çətinlik çəkirik. Demək olar ki, hər oyunda qol vurmaq şansımız olur. Ardıcıl 9 oyunda qələbə qazananda komandamızda qol vurmaq baxımından elə də problem hiss olunmurdu. Amma bu seriyanın qırılması bir qədər komadada psixoloji təzyiq yaradıb. Amma bunu böhran dərəcəsində qabartmaq düzgün deyil. Futbolda belə şeylər olur. Məncə vuracağımız ilk qolla qolların ardı gələcək. Bizim futbol daha çox kollektiv oyuna əsaslanır. Hər hansısa futbolçunun üzərinə yüklənmək düzgün deyil”.
 
Elçin Rəhmanovun məsələyə münasibəti isə belə olub: “Biz yenə öz oyunumuzu göstərməyə çalışırıq. Amma bir şey var ki, biz qələbə qazandıqca rəqiblər də bizə qarşı xüsusi motivasiya ilə oynayır. Bizə qarşı müdafiədən oynadıqlarına görə daha çox əziyyət çəkməli oluruq. Amma artıq bu problemi çözmüşük. İnşallah, qarşıdakı oyunlarda bunun şahidi olacağıq. Müşfiq müəllimin dedikləriylə razıyam ki, bəzən futbolda belə vəziyyətlər qaçınılmazdı. Amma belə durumda toparlanmağı bacarmaq lazımdı. Ön xətt oyunçularımızın çempionatın sonuna yaxın “partlama” edəcəyinə inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.