19 aprel 2011 16:43

Lomaya: Bu, bütün komandanın problemidi

Son ölkə çempionu “İnter”in qapıçısı Georgi Lomaya azerisport.az saytına müsahibəsində komandasının cari mövsümkü çıxışının niyə belə zəif alınmasından danışıb.
 
- Ötənmövsümkü çempionluqla müqayisədə bu mövsüm “İnter” çox zəif təsir bağışlayır...
- Buna bir sıra səbəblər var. Təəssüf ki, bunun əsas səbəblərindən biri hakimliklə bağlı problemlərdi. Bəzi oyunlarda bu, daha qabarıq şəkildə özünü göstərir. Məncə, bu fikirlərlə çoxları razılaşar.
 
- Amma bütün oyunlarda uğursuzluğa görə hakimliyi səbəb göstərmək də düz olmazdı. Hər halda “altılıq” mərhələsində bir dənə də qol vura bilməmisiz...
- Hər şey “Xəzər Lənkəran”a qarşı ev oyunundakı məğlubiyyətdən (1:3) sonra başladı. Düzdü, son turlar yaxşı oynamağa başlasaq da, qələbə qazana bilmirik. Artıq demək olar ki, oyunumuzu tapmışıq. Məncə, bizə hər şeyin yoluna düşməsi üçün bircə qələbə bəs edər.
 
- Bəs qalan oyunlarla bağlı nəsə ümidiniz varmı?
- Biz öz titulumuzu qoruya bilməyəcəyik. “Neftçi”nin qızıl medalları qazanacağına çox az adam şübhə edir. İndi daha çox avrokuboklara vəsiqə qazanmaq barədə daha çox düşünürük. Hər halda bu yolda ikinci dövrə həlledici olacaq. Hələ bu yöndə kimin hansı aqibəti yaşayacağı tam dəqiqləşməyib. Hətta “Neftçi” də arxayınlaşa bilməz.
 
- Sizin avrokuboklara Azərbaycan kubokunu qazanmaqla da düşmək şansınız var...
- Bu, ən yüngül yoldu. Amma bu, o demək deyil ki, biz artıq Premyer Liqaya heç bir önəm vermirik. İlk növbədə buna çempionatda nail olmağa çalışacağıq.

- Yarımfinaldakı rəqibinizdən – AZAL-dan çəkinirsiz?
- Xeyr. Bu güclü komandadı. Hansı ki, artıq öz gücünü göstərə bilib. Bu mövsüm biz hələ onlara qalib gələ bilməmişik. Onlarla oyunlarda niyə qələbə qazana bilməməyimizin səbəblərini izah etmək mənim üçün çətindi. Amma istənilən halda artıq qələbə qazanmaq, revanş götürmək vaxtıdı.
 
- “İnter” “Bakı”dan sonra ilk altılığın ən çox qol buraxan komandasıdı...
- Bu, artıq bütün komandanın problemidi. Necə oynayırıqsa, elə də buraxırıq. Heç özüm də bilmirəm bunun səbəbini necə izah edim. Amma bu, o demək deyil ki, qol buraxırıqsa, bunda yalnız qapıçı və müdafiəçilər günahkardı. Buna görə bütün komanda cavabdehlik daşıyır.
 
- Yeri gəlmişkən, siz meydanda tez-tez azərbaycanca danışırsız...
- Danışsam da, dilinizi yaxşı bilmirəm. Sadəcə bir neçə futbol terminini öyrənmişəm. Hərdən istifadə edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.