19 aprel 2011 16:54
Bakı Beşiktaş və Trabzonsporla üz-üzə (FOTO)
Həftəsonu Türkiyənin İzmir şəhərində "Bucaspor" Futbol Akademiyası tərəfindən təşkil edilən 3-cü beynəlxalq futbol turnirə start veriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanın "Bakı" klubunun 13 yaşlılardan ibarət komandası da iştirak edəcək.
"Seyit Mehmet Özkan" bazasında keçiriləcək turnirə 6 komanda qatılacaq. Yarışlar iki gün - 23-24-də keçiriləcək. Turnirdə Türkiyənin "Bucaspor", "Beşiktaş", "Trabzonspor", Almaniyadan "Berlin Türkiyəmspor", "Staaken" və Azərbaycanın "Bakı" klubları iştirak edəcək. Turnirin reqlamentinə əsasən yarış bir dövrədən ibarət olacaq və ən çox xal toplayan komanda kuboku qazanacaq.
