19 aprel 2011 17:38
Bakı`nın futbolçusu 32 yaşını qeyd etdi (FOTO)
Bu gün “Bakı”nın moldovalı müafiəçisi Aleksey Savinov 32-ci doğum gününü qeyd edir. Azerisport.az xəbər verir ki, bununla əlaqədar klub bazasında ad günü tortu kəsilib və təbriklər səslənib.
Qeyd edək ki, Aleksey Savinov 1979-cu il aprel ayının 19-da Moldovanın Kişinyov şəhərində anadan olub. "Bakı"da 32 nömrəli futbolkada çıxış edən futbolçu karyerasına 1997-ci ildə Moldovanın “Viktoriya” klubunda başlayıb. Bundan sonra ardıcıl olaraq “Zimbru”, “Olimpiya”, “Politexnika”, “Metallurq” (Zaparoje), “Volın” (Lutsk), “Zakarpatya” (Ujqorod) və “Daçiya” klublarının şərəfini qoruyub.
Onu da qey edək ki, Aleksey Savinov Moldova milli komandasının əvəzolunmaz üzvlərindən biridi. O, 2003-cü ildən etibarən milli komandasının formasını geyinir.
“Bakı” futbol klubunun kollektivi Aleksey Savinovu təbrik edir ona şəxsi həyatı və karyerasında uğurlar arzulayır.
