19 aprel 2011 18:17

Bayern Cavadovun qol vurduğu qapıçıya 20 milyon avro verir

Almaniya Bundesliqasının ötənmövsümkü qalibi “Bayern” yeni qapıçı axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Münhün klubunun rəhbərliyinin təcrübəli qolkiper Manuel Noyer ələ keçirmək üçün “Schalke”yə 20 milyon avroluq təklif irəli sürdüyü iddia olunur.
 
Son çempionun Almaniya millisinin də şərəfini qoruyan bu qapıçıya 4 illik müqavilə təklifi irəli sürdüyü bildirilir. “Bild”in iddiasına görə, “Schalke” ilə anlaşması 2012-ci ildə bitəcək Noyer özü də bu dəvəti qəbul etməkdə maraqlıdı. Maraqlıdı ki, “Schalke” rəhbərliyi öz oyunçusuna qalacağı halda 3 illik müqavilə üçün 21 milyon avro təklif edib.
 
Qeyd edək ki, Almaniya millisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda yer alıb. Komandamız bu rəqibinə səfərdə 1:6 hesabıyla uduzduğu oyunda Bundestimin qapısını məhz Noyer qoruyurdu və o, Vaqif Cavadovun yerinə yetirdiyi künc zərbəsi zamanı kobud səhvə yol verərək, qapısında qol görmüşdü. Hansı ki, o qol Noyerin cari seçmə tsikldə buraxdığı yeganə topdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.