19 aprel 2011 19:57
Millimiz BƏƏ üzərində qələbə qazandı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Əl Mamzar Parkda Birləşmiş Ərəb Əmirliklərinin ikinci yığma komandası ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində Ramil Əliyev dubl edib, 1 dəfə isə Namiq Həsənov fərqlənib.
