19 aprel 2011 11:48

Benuahi: Hamı bilir ki, azərbaycanlı hakimlər necə işləyir

AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytına müsahibəsində Premyer Liqanın 27-ci turunun “Neftçi” ilə oyununu şərh edib, həmçinin növbəti çempionat və kubok oyunlarındakı şanslarından danışıb.
 
- “Neftçi” ilə oyundakı yenilginizlə bağlı nə deyə bilərsiz?
- Biz rəqibdən daha yaxşı oynadıq. Komandamız birinci hissədə çox yaxşı futbol sərgilədi və göstərdi ki, medallar uğrunda mübarizə apara bilər. İlk qolu biz vurduq, üstünlüyə yiyələndik. Amma sonda qeydə alınan hesab məni çox məyus etdi. Biz qələbəyə layiq idik. Hamı gördü ki, AZAL-ın futbolçuları “Neftçi”dən daha yaxşı oynayırdı. Sadəcə onların bəxti gətirdi. Ən azı biz bir xal götürməli idik. Məğlubiyyəti heç birimiz gözləmirdik.
 
- Necə oldu ki, bir dəqiqəyə iki qol buraxdınız?
- Bu, heç də “Neftçi”nin sayəsində yox, öz səhvlərimiz nəticəsində oldu. Çox kobud səhvlər buraxdıq ki, rəqib də bundan dərhal yararlandı. İki dəqiqəyə iki qol sadəcə kabusdu. Biz sanki arxayınlaşmışdıq. “Neftçi” hesabı bərabərləşdirəndən sonra özümüzə gələ bilmədik. Amma oyunumuz mənim çox xoşuma gəldi.
 
- Demək olar ki, 3 xalı əldən verməklə siz həm də çempionluq şanslarınızı itirdiniz...
- Sona kimi mübarizəmizi davam etdirəcəyik. Qarşıda hələ 5 tur var və biz 4-cü pillədəyik. Hər şey mümkündü. AZAL hətta ikinci və üçüncü pillələrə də yüksələ bilər. Mənə elə gəlir ki, qızıl medalların taleyi hələ həll olunmayıb. “Neftçi” hələ çempion deyil.
 
- “Neftçi” ilə oyundakı hakimliyi necə qiymətləndirirsiz?
- Onlar qələbə qazandı və bu, hər şeyi deyir. Hakimlik haqda danışmaq artıq olardı. Hamı bilir ki, azərbaycanlı hakimlər necə işləyir. Maraqlıdı ki, “altılığ”ın bütün klubları hakimləri tənqid edir. Deməli, problem var. Çoxlu səhvlər olur.

- AZAL-ın avrokuboklara düşmək şanslarını necə qiymətləndirirsiz?
- Bizdə bunun üçün əla şanslar var. Biz medallar uğurnda mübarizəmizi davam etdiririk. Əsas ümidlərimiz isə ölkə kuboku ilə bağlıdı. Əgər yarımfinalda qələbə qazana bilsək, onda avrokuboklara daha da yaxınlaşmış olacağıq. Bu mövsüm bizim komandaya heç kim inanmaq istəmirdi. Amma indi AZAL-ın nə qədər yaxşı oynadığı göz önündədi. Biz daha da yaxşı oynaya bilərik. Hər halda qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək.
 
- Çempionatda siz “İnter”ə qalib gəlmisiz. Kubokda da bunu təkraralaya biləcəksiz?
- Bəli. Ammakubokdatamfərqlioyunolacaq. Əlbəttə, “İnter” təhlükəli komandadı. Onların heyətində çoxlu yaxşı futbolçular çıxış edir. Biz onlar üzərində qələbə qazansaq da, heç də 90 dəqiqə müdafiə olunmaqla məşğul olmurdular.
 
- Mövsüm başa çatanda komandada qalacaqsız yoxsa başqa planlarınız var?
- AZAL-da məni hər şey qane edir. Klubla müqaviləm var. Hələ gələcək haqda düşünmürəm. Bu mövsümü bitirib, nəticələrə baxmaq lazımdı. Hələlik avrokuboklara düşməyi çox istəyirik. Ondan sonra mənim gələcəyimlə də bağlı danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.