21 aprel 2011 03:00

Real Barcelona üzərində minimal hesablı qələbə və kubok qazandı (YENİLƏNİB)

Bu gecə dünya futbolsevərlərinin diqqəti yenidən İspaniyaya yönəlmişdi. Azerisport.az xəbər verir ki, ötən həftənin şənbə günündən fərqli olaraq bu dəfə Madrid yox, Valensiya diqqət mərkəzində idi.
 
Çünki burada təkcə İspaniyanın yox, eləcə də dünyanın iki nəhəng klubu - "Barcelona" və "Real” növbəti "El Klasiko"ya çıxdı. Bu dəfə "Kral Kuboku"nun finalında üz-üzə gələn əzəli rəqiblərin qarşılaşmasına "Mestalya" ev sahibliyi edirdi.
 
Bu əzəli rəqiblərin kubokda 29-cu dueli idi. Bu oyuna qədər keçirilən 28 qarşılaşmanın 14-də "Barsa", 9-da "Kral Klubu qalib gəlmişdi. Qalan 5 qarşılaşma isə sülhlə bitmişdi. Rəqiblər "Kral Kuboku"nun finalında da 6-cı dəfəydi qarşılaşırdı. Yenə də "Barsa" rəqibi ilə duellərdə üstün durumdaydı. Keçirilən 5 finalın 3-də kataloniyalılar, 2-də madridlilər sevinən tərəf olmuşdu.
 
Bütövlükdə isə, bu oyun "El Klasiko" tarixində baş tutan 211-ci qarşılaşma oldu. Bu oyuna kimi keçirilən 210 matçın 85-də "Real", 82-də "Barselona" qələbə qazanmıç, 43 matç isə sülhlə bitmişdi.
 
Lakin bu dəfəki qarşılaşmanın sonunda gülən tərəf "Real" oldu. Əsas vaxtı qolsuz bitən qarşılaşmanın əlavə vaxtında - 103-cü dəqiqəsində Ronaldonun vurduğu yeganə qol "Real"a vacib qələbə və kuboku qazandıırdı.
 
Qeyd edək, 18 gün ərzində futbolsevərlər dörd "El Klassiko"ya şahidlik edəcək. Aprelin 16-da Madriddə keçirilən ilk "El Klassiko" sülhlə bitmişdi - 1:1. Bu günkü qarşılaşmadan sonra "Real"la "Barselona" Çempionlar Liqasının yarımfinalında da üz-üzə gələcəklər. İlk oyun aprelin 27-də Madriddə, cavab qarşılaşması isə mayın 3-də Barselonada keçiriləcək.
 
İspaniya kuboku
Final
20 aprel
 
Barcelona - Real - 0:1
Qol: Ronaldo, 103.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.