21 aprel 2011 01:39
Milan finala çıxmaq işini çətinə saldı (YENİLƏNİB)
İtaliya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdən başlayaraq ev-səfər prinsipi ilə keçirilməyə başlayan kubokun ilk oyun günündə maraqlı qarşılaşma baş tutub.
Son illər həm A Seriyasında, həm də ölkə kubokunda ən prinsipial rəqiblərə çevrilən “İnter”lə “Roma”nın yolları bu mövsüm bir qədər tez – yarımfinalda kəsişib. Tərəflərin paytaxtdakı “Olimpiko” stadionunda keçirilən ilk görüşündə isə gülən tərəf qonaqlar olub. Stankoviçin ilk hissənin sonlarında vurduğu qol yeganə olub və cavab görüşü öncəsi milanlılara böyük üstünlük qazandırıb.
Digər yarımfinal cütündə isə cari mövsüm çempionluğunu bayram etməyə hazırlaşan “Milan” dogma meydanda “Palermo” ilə münasibətlərinə aydınlıq gətirib. Hər kəs meydan sahiblərinin asan qələbə qazanacağını gözləsə də, "Palermo" rəqib meydanında sərfəli heç-heçəyə imza atmağı bacarıb.
İtaliya kuboku
Yarımfinal (ilk oyunlar)
19 aprel
Roma – Inter – 0:1
Qol: Stanloviç, 45.
20 aprel
Milan – Palermo - 2:2
Qollar: İbrahimoviç, 4, Emanuelson, 76 - Pastore, 11, Abel Ernandes, 53.
