21 aprel 2011 01:48
İngiltərə çempionatı: Arsenal xal itirdi, Chelsea 2-ci oldu (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Newcastle” 33-cü turdan təxirə salınan qarşılaşmada dogma meydanda çempionatın lideri “Manchester United”i qəbul edib. “Qırmızı şeytanlar” əsas rəqiblərindən uzaqlaşmaq üçün əla şansa malik olsa da, bundan maksimum yararlana bilməyib. Qonaqlar qolsuz heç-heçə sayəsində hesablarına sadəcə 1 xal yazdıra biliblər.
28-ci turun oyunları çərçivəsində isə liderin əsas izləyicilərindən “Chelsea” evdə “Birmingham”lə, “Arsenal” isə səfərdə “Tottenham”lə münasibətlərinə aydınlıq gətirib. "Topçular"ın bu dəfəki səfəri uğursuz alınıb və onlar xal itkisi ilə üzləşiblər. "Zadəganlar" isə onların bu itkisindən maksimum yararlanaraq, ikinci pilləni ələ keçiriblər.
İngiltərə Premyer Liqası
33-cü turun oyunu
19 aprel
Newcastle - Manchester United – 0:0
28-ci turun oyunları
20 aprel
Chelsea - Birmingham - 3:1
Qollar: Maluda, 3; 62, Kalu, 26 - Larsson, 76-pen.
Tottenham - Arsenal - 3:3
Qollar: Van der Vaart, 7; 70, Huddleston, 44 - Uolkot, 5, Nəsri, 12, Van Persi, 41.
| 1 | Manchester United | 33 | 20 | 10 | 3 | 70 | - | 32 | 70 |
| 2 | Chelsea | 33 | 19 | 7 | 7 | 61 | - | 27 | 64 |
| 3 | Arsenal | 33 | 18 | 10 | 5 | 66 | - | 34 | 64 |
| 4 | Manchester City | 32 | 16 | 8 | 8 | 50 | - | 30 | 56 |
| 5 | Tottenham | 32 | 14 | 12 | 6 | 47 | - | 39 | 54 |
| 6 | Liverpool | 33 | 14 | 7 | 12 | 46 | - | 39 | 49 |
| 7 | Everton | 33 | 11 | 14 | 8 | 47 | - | 41 | 47 |
| 8 | Bolton | 32 | 11 | 10 | 11 | 46 | - | 43 | 43 |
| 9 | Newcastle | 33 | 10 | 10 | 13 | 48 | - | 47 | 40 |
| 10 | Aston Villa | 33 | 10 | 10 | 13 | 42 | - | 54 | 40 |
| 11 | West Bromwich | 33 | 10 | 9 | 14 | 47 | - | 62 | 39 |
| 12 | Fulham | 32 | 8 | 14 | 10 | 36 | - | 35 | 38 |
| 13 | Stoke | 32 | 11 | 5 | 16 | 39 | - | 42 | 38 |
| 14 | Sunderland | 33 | 9 | 11 | 13 | 35 | - | 47 | 38 |
| 15 | Birmingham | 33 | 8 | 14 | 11 | 34 | - | 46 | 38 |
| 16 | Blackburn | 33 | 9 | 8 | 16 | 40 | - | 54 | 35 |
| 17 | Wigan | 33 | 7 | 13 | 13 | 32 | - | 53 | 34 |
| 18 | Blackpool | 33 | 9 | 6 | 18 | 47 | - | 69 | 33 |
| 19 | West Ham | 33 | 7 | 11 | 15 | 39 | - | 58 | 32 |
| 20 | Wolverhampton | 32 | 9 | 5 | 18 | 36 | - | 56 | 32 |
