21 aprel 2011 01:57
Fransa kubokunun finalçıları müəyyənləşdi (YENİLƏNİB)
Fransa kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, artıq finalçıların hər ikisinin kimliyi müəyyənləşib.
“Nice” Fransa çempionatının lideri “Lille” ilə qarşılaşmada sürprizə imza atmağa çalışsa da, buna nail ola bilməyib. Əvəzində çempionluğa əsas namizəd olan “Lille” kubokda da həlledici oyuna vəsiqə qazanmağı bacarıb.
Yarımfinala kimi irəliləyən aşağı liqa təmsilçisi “Angers” isə PSG ilə mübarizədə sürprizə imza atmağa çalışıb. Lakin onların bu cəhdi bəhrəsiz qalıb və PSG finala yüksəlib.
Fransa kuboku
Yarımfinal
19 aprel
Nice – Lille – 0:2
Qollar: Hazard, 44, Cervinyo, 46.
20 aprel
Angers - PSG - 1:3
Qollar: Renouard, 57 – Bodmer, 23, Nene, 51, Hoarau, 63.
