20 aprel 2011 13:57
“Bu heyətlə çempion ola bilməzdik”
Ötən mövsüm ölkə çempionu adını qazanan İngiltərənin “Chelsea” klubunun baş məşqçisi Karlo Ançelotti cari mövsümkü uğursuzluqlarının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis bütün uğursuzluqlarının əsas səbəbi kimi heyətdəki çatışmazlıqları önə çəkib.
Mövsümü hətta ikinci pillədə bitirəcəkləri halda da bunun uğursuzluq kimi dəyərləndiriləcəyini xüsusi qeyd edən Ançelotti bunları dilə gətirib: “İkinci olmaq əlbəttə üçüncü olmaqdan daha yaxşıdı. Amma daha önəmli olan çempionluqdu. Bu mövsüm çempion ola biləcək bir heyətimiz yox idi. Bundan əlavə önəmli oyunçularımızın yaşadığı uzunmüddətli zədələr işimizi lap çətinləşdirdi. Lempard, Droqba, Essyen, Terri və Aleks uzun müddət komandadan kənarda qaldı”.
İtaliyalı mütəxəssis etiraf edib ki, dövrələrarası fasilədə alınan futbolçular da onların ümidlərini doğrulda bilməyib. Hansı ki, onlar “Liverpool”dan böyük məbləğdə pul ödəyərək aldıqları Torresə böyük ümidlər bəsləyirdilər. Amma o, hələ də “Chelsea”də qol hesabını aça bilməyib.
Qeyd edək ki, Premyer Liqada “Arsenal”ın 2 xal gerisində olmaq şərtilə 3-cü pillədə qərarlaşan “Chelsea” lider lider “Manchester United”in də 9 xal gerisindədi.
