20 aprel 2011 00:42

Çempionumuzu gözləyən avrokubok rəqiblərimiz

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatmasına hələ 5 tur qalır. Lakin cəmi 5 turdan sonra biz artıq yeni ölkə çempionunun dəqiq adını biləcəyik. Çempionlar Liqasındakı təmsilçimizin hansı komanda olacağı hələlik dəqiq bilinməsə də, azerisport.az sizi məhz indidən mümkün rəqiblərimizin siyahısı ilə tanış etməyə qərar verib. Bəs görəsən, qitənin ən nüfuzlu klub turnirinin növbəti mövsümünün ikinci təsnifat mərhələssində Azərbaycan çempionuna hansı komandalar rəqib olacaq?
 
Əgər “Neftçi” çempion olsa (bu variantın baş tutma ehtimalı kifayət qədər yüksəkdi), onda səpələnməmişlərin səbətində yer alacaq. Çünki əmsalı 1.233 bala bərabərdi. Belədə, Arif Əsədovun komandasının potensial rəqibləri arasında Belarusun BATE, Norveçin “Rosenborg”, Kiprin APOEL, Finlandiyanın HİK, Litvanın “Ekranas”, İsveçin “Malmo” və İrlandiyanın “Shamrock Rovers” kimi klublarına rast gələ bilərik. Amma sonuncu komandanın səpələnməmişlərin siyahısına düşmək ehtimalı da var. Buna isə “Dacia”dan daha yaxşı əmsala malik komandanın çempion olması şərait yaradacaq. Hələlik təmsilçilərini tam rəsmiləşdirməyən ölkələrə gəlincə, çox güman ki, İsraildə “Maccabi” (Hayfa), Xorvatiyada “Dinamo” (Zaqreb), Avstriyada “Austria”, Sebiyada “Partizan”, Polşada “Wisla”, Bolqarıstanda “Litex”, Sloveniyada “Maribor”, Slovakiyada “Senica”, Gürcüstanda “Zestafoni”, Portuqaliyada isə ikinci təmsilçi kimi “Vitoria” bu şansa yiyələnəcək.

Növbəti mərhələdə səpələnmişlərin sırasına düşmək üçün isə “Neftçi”nin BATE, “Maccabi”, “Dinamo”, “Rosenborg”, “Partizan” və APOEL kimi klublara qalib gəlməsi lazım olacaq. Əks halda “ağ-qaralar” səpələnməmişlərin siyahısında yer alacaq.
 
Eyni rəqiblər “Xəzər Lənkəran” çempion olacağı halda da qarşımıza çıxacaq. Çünki bu iki klubumuzun əmsalları arasında elə də ciddi fərq yoxdu. Cənublular hazırda 1,483reytinq xalına malikdilər.
 
Amma “Qarabağ” çempion olacağı halda vəziyyət xeyli fərqli ola bilər. Məsələ burasındadı ki, ağdamlıların hesabında hazırda 4,233 reytinq xalı var. Bu isə Qurban Qurbanovun komandasının səpələnmişlər siyahısında yer almasına şərait yaradır. Belə olacağı halda Azərbaycan təmsilçisi İrlandiyanın “Shamrock Rovers”, Moldovanın “Dacia”, Bosniya və Herseqovinanın “Borac”, Uelsin TNS, Çernoqoriyanın “Mogren”, Latviyanın “Skonto”, Macarıstanın “Videoton”, Farer adalarının “Torshavn”, Qazaxıstanın “Tobol”, Lüksemburqun “Dudelange”, Estoniyanın “Flora”, İslandiyanın “Breidablik”, Maltanın “Valetta”, Makedoniyanın “Shkendija” və ya Albaniyanın “Skenderbeu” klubları ilə üz-üzə gələ bilər. Düzdü, sadaladağımız bu komandaların hamısı çempionluğunu rəsmiləşdirməyib. Amma hər halda bu ölkənin təmsilçilərindən hansısa “Qarabağ”a rəqib ola bilər.
 
Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyul ayında baş tutacaq. Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsindəki qələbə Azərbaycan təmsilçisinə təkcə növbəti mərhələyə vəsiqə yox, həm də Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandırmış olacaq. Hansı ki, Avropa Liqasının qrup mərhələsinin bir addımlığında artıq iki ildi “Qarabağ”, iki il öncə isə “Bakı”dayanmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.