20 aprel 2011 14:39
Qazaxlar yığmamızla oyuna 7 almanla çıxmaq istəyir
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek bildirib ki, onlar sözügedən ölkənin əsas komandasını gücləndirmək üçün legionerlərin xidmətindən yararlanmağa da xüsusi diqqət ayırır. Azerisport.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası hazırda bir sıra Almaniya klublarında top qovan futbolçuların milliləşdirilməsi yönündə işlər aparır.
Beranek həmin futbolçuların kimliyini də açıqlayıb. Məlum olub ki, bunlar Yuri Yudt (Nurnberg, Almaniya), Roman Noyştedter (Borussia, Münhenqladbax), Aleksandr Merkel (Milan, İtaliya), Villi Yevseyev (Hannover, Almaniya), Maks Kremer (Hansa, Almaniya), Sergey Noybauer (Kaiserslautern, Almaniya), Konstantin Engeldi (Osnabriuk, Almaniya).
