20 aprel 2011 02:55

"Azərbaycanla qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq"

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek rəhbərlik etdiyi kollektivin komandamıza qarşı kimin kapitanlığı altında çıxacağını açıqlayıb. Azerisport.az xəbər verir ki, qazaxların çalışdırıcısı bu məsul vəzifəni Astana “Lokomotiv”inin yarımmüdafiəçisi Andrey Karpoviçə həvalə etməyə hazırlaşdığını dilə gətirib.
 
Çexiyalı mütəxəssisin sözlərinə görə, Qazaxıstan millisində vitse-kapitan vəzifəsini isə “Aktobe”dən Samat Smakov yerinə yetirəcək. Lakin Beranek bunun üçün ilk növbədə adıçəkilən futbolçuların qarşıdakı oyunlarda, eləcə də millimizlə qarşılaşmada əsas komandanın düşərgəsinə çağırılmasının vacibliyini qeyd edib.
 
Onun yığmamızla oyunda çıxışına ümid  bəslədiyi əsas futbolçulardan biri “Şaxtyor”dan Jambıl Kukeyevdi: “Kukeyevin Azərbaycanla oyunda əsas heyətdə meydana çıxması haqda düşünürəm. Hər halda qarşıdakı oyunlarda onun “Şaxtyor”dakı çıxışını daha diqqətlə izləməyim lazım gələcək”.
 
Lakin Beranek hələlik iyunun 3-də Astanada baş tutacaq millimizlə ev oyunu üçün heyətlə bağlı strategiyası tam bəlli deyil: “Kayzerslauterndəki Almaniya ilə oyunda gənc futbolçular çox yaxşı təsir bağışladılar. Buna görə də onlara klublarında keçirdikləri oyunlar zamanı daha çox diqqət ayırmaq istəyirəm. Amma belə vacib oyunlarda biz təcrübəli futbolçuları da unutmamalıyıq”.
 
Sonda millimizin rəqibinin çalışdırıcısı qarşısına qoyulan vəzifə və məqsədləri barədə də danışıb: “Qarşımıza qrupda 5-ci pilləni tutmaq vəzifəsi qoyulub. Bu, mənim 2011-ci ildəki uğurumun əsas meyarlarından biri olacaq. Axı məhz bundan sonra biz müqavilənin artırılmasını müzakirə edə bilərik. Azərbaycanla qarşıdakı oyunlar üçün çox ciddi hazırlaşırıq. Azərbaycan ciddi rəqibdi. Türkiyə kimi rəqibə qalib gəliblər. Amma biz də güclü olduğumuzu göstərmək üçün maksimum çalışırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.