20 aprel 2011 15:08
“Azərbaycanla oyunda qol hesabımızı açmaq və xal qazanmaq istəyirik”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının yarımmüdafiəçisi Samat Smakov qarşıdakı oyunlar öncəsi komandasının şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, iyunun 3-də Astanada keçiriləcək millimizlə oyun ərəfəsində bunları dilə gətirib:
“Hesab edirəm ki, bu oyun ətrafında böyük ajiotaj olacaq. Biz cari seçmə tsikldə qol hesabımızı açmaq və xal qazanmaq istəyirik. Məncə, qarşıdakı oyunumuz da çətin keçəcək. Azərbaycan yığması son vaxtlar xeyli artırıb. Amma biz onlarla oyunda qələbə qazanmağa çalışacağıq”.
