20 aprel 2011 15:42
Vəli Qasımov: Öz səhvlərimiz ucbatından qollar buraxdıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İtaliyanın “Napoli” klubunun müvafiq yaş qrupundan ibarət komandası arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Güclü və təcrübəli komanda ilə qarşılaşdıq. Öz səhvlərimiz ucbatından qollar buraxdıq. Məğlubiyyətə baxmayaraq, komanda sona qədər mübarizə apardı”.
