20 aprel 2011 16:59
Flavinyo: Azərbaycan millisinə dəvət alsam, sevinərəm
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın cari mövsümündəki çıxışına görə mart ayının ən yaxşı futbolçusu seçilməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, təltifolunma mərasimində bunları dilə gətirib:
“Bu mükafata görə öncədən dərin minnətdarlığımı bildirirəm. Mənim üçün hər şeydən önəmlisi “Neftçi”nin çempionluğudu və inanıram ki, bu mükafata da sahib çıxa biləcəm”.
Braziliyalı orta sahə oyunçusu həmçinin Azərbaycan yığma komandasında çıxış etməyin də əleyhinə deyil: “Əgər klubumdan da bunun vacibliyini desələr və lazım olsam, sevinərəm”.
