20 aprel 2011 19:23
Ramiz Məmmədov: 117 dəqiqə hücumda olduq
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov komandasının ölkə kubokundakı məğlubiyyətini şərh edib. Azerisport.az xəbər verir ki, həmyerlimiz 1/8 final mərhələsinin “Tobol” ilə oyunundakı 2:3 hesablı yenilgini belə izah edib:
“Hamınızı salamlayıram. Oyuna gəlincə, siz sadəcə melodrama izlədiniz. Sözün düzü, biz qələbəyə daha çox layiq idik. Təəssüf ki, son 3 dəqiqədə oyuna nəzarəti əldə saxlaya bilmədik və məğlub olduq. Amma obyektiv olsaq, biz 117 dəqiqə hücumda oynadıq. Amma bu, futboldu və belə şeylər olur. Müdafiəçilərimiz bağışlanmaz səhvlər buraxdılar. Artıq bütün bunlar tarixdə qaldı. İndi biz qarşıdakı çempionat oyununu düşünürk, hansı ki, yenə “Tobol”la qarşılaşacağıq”.
