20 aprel 2011 14:46
Millimiz Napoli`yə də məğlub oldu (YENİLƏNİB)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi İtaliyanın “Napoli” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub.
Lakin yığmamız bu qarşılaşmada da istəyinə çata bilməyib və 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu penalti zərbəsindən Nurlan Novruzov vurub.
Maraq üçün xatırladaq ki, komandamız bu turnir çərçivəsindəki ilk matçında İspaniyanın “Barcelona” klubuna 2:4 hesabıyla uduzmuşdu.
