20 aprel 2011 11:40
Ulan Konısbayev: Mən Azərbaycanı “dağıdacağı”mızı deməmişəm
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının hücumçusu Ulan Konısbayev Almaniyaya uduzduqları oyundan sonra komandamızı “dağıdacaqları”na dair dediyi fikirlərin yanlış olduğunu dilə gətirib. Azerisport.az xəbər verir ki, Astana “Lokomotiv”inin forvardı elə ifadə işlətməsinə dair iddiaları təkzib edib:
“Mən artıq heç bir söz işlətməmişəm. Sadəcə demişəm ki, qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, yığmamızın bu rəqiblə ilk görüşü iyunun 3-də Astanada baş tutacaq.
