20 aprel 2011 12:00
Milanın futbolçusu yığmamıza qarşı oynamadan imtina etdi
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Qazaxıstanın baş məşqçisi Miroslav Beranek bildirib ki, İtaliyanın “Milan” klubunda çıxış edən Aleksandr Merkel onun rəhbərlik etdiyi kollektivdə çıxış etmək istəmir. Azerisport.az xəbər verir ki, çexiyalı mütəxəssis futbolçunun bu qərarını belə şərh edib:
“Yəqin ki, mən sizi təəccübləndirməyəcəm. Amma Merkel hələlik Qazaxıstan yığmasında çıxış etmək istəmir. O, indi daha çox Rusiya və ya Almaniya millisindən dəvət almaq barədə düşünür”.
