20 aprel 2011 12:25
XL AZAL-la oyuna tam heyətlə hazırlaşa bilmir
"Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunda qarşılaşacağı AZAL-la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, komanda ötən gün Lənkəran şəhər stadionunun yardımçı meydançasında məşq edib.
Məşqdə bütün futbolçular Mirça Rednikin sərəncamında olmayıb. Belə ki, Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Abdullayev, Xristu Kyaku, Kosmin Fransinesku, qapıçı Orxan Sadıxlı və əsas heyətdən uzaqlaşdırılan Elnur Allahverdiyev müxtəlif səbəblərdən hazırlıqlara qatılmayıb. Uinston Parks və Adrian Pit isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçinin göstərişinə əsasən meydanaçanı tərk edərək bazaya yollanıb.
