20 aprel 2011 12:50

UNİCEF-dən AFFA-ya dəstək (FOTOLAR)

Son dövrlərdə AFFA-nın qadın futbolunun inkişafı ilə bağlı həyata keçirdiyi layihələrə UNİCEF tərəfindən dəstək verilməsi ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib və bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə UNİCEF arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevardın imzaladığı memorandum bir sıra məsələləri özündə ehtiva edir.
 
Qarşılıqlı razılaşmaya əsasən, AFFA və UNİCEF idman vasitəsilə uşaq, yeniyetmə və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək məqsədilə birgə layihələr həyata keçirəcəklər. Daha çox sayda qızların futbola cəlb olunması, qadın məşqçilərin sayının artırılması üçün müvafiq işlər görüləcək. Futbolla məşğul olan qızlar öz həmyaşıdları arasında uşaq hüquqlarının qorunmasını və sağlam həyat tərzini təbliğ edəcəklər. Bütün regionlarda qızlar arasında futbolun təbliği məqsədilə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri tərəfindən master-klass-ların, «U-16 UNİCEF qızlar Liqası»nda çıxış edən komandaların iştirakı ilə müxtəlif bölgələrdə oyunların keçirilməsi, həmçinin qızlar üçün yay düşərgələrinin təşkili, bu düşərgələrə valideynlərin və məktəblərin cəlb olunması nəzərdə tutulub.
 
Xatırladaq ki, 2007-ci il sentyabrın 14-də AFFA ilə UNİCEF arasında tərəfdaşlıq memorandumu imzalanmış və həmin memorandum çərçivəsində bir sıra layihələr həyata keçirilmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.