21 aprel 2011 13:09
Tuyqun Nadirov: Eintracht Xəzər Lənkəran`la heç bir danışıq aparmayıb
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində komandanın və millimizin qapıçısı Kamran Ağayevin Almaniyanın “Eintracht” klubuna keçəcəyinə dair informasiyalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Kamran Ağayevin transferi ilə bağlı bizə nə “Eintracht”dan, nə də digər klublardan təklif gəlib. Əgər onlar Ağayevi öz sıralarında görmək istəyirlərsə, ilk növbədə bunu bilməlidilər ki, Kamranın gələn mövsümün sonuna kimi komandamızla müqaviləsi var. Amma sərfəli təkliflərə də açığıq”.
