22 aprel 2011 10:55
Azərbaycan millisi Palermoya da uduzdu (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamız qrup mərhələsində hər iki oyunda məğlub olduğuna görə qrup sonuncuları üçün təşkil olunmuş turnirdə mübarizə aparacaq.
Dünən futbolçularımız B qrupunda 3-cü yeri tutmuş İtaliyanın “Palermo” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun italiyalı futbolçuların minimal hesablı qələbəsi ilə başa çatıb.
Maraq üçün xatırladaq ki, Vəli Qasımovun yetirmələri ilk oyunda İspaniyanın “Barcelona” klubuna 2:4, İtaliyanın “Napoli” klubuna isə 1:3 hesabıyla yenilmişdi.
