21 aprel 2011 14:39

Qurban Qurbanov: Onları hesabdan silmək düzgün deyil

“Qarabağ” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, millinin düşərgəsində olan 6 futbolçusunun imkanından məhrum olan komanda məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirir.
 
Bazar günü baş tutacaq oyunöncəsi ağdamlıların baş məşqçisi Qurban Qurbanov “bankirlər”lə oyunun hazırlığı və komandanın durumu haqqında fikirlərini dilə gətirib: “Hazırlığımızı normal qaydada davam etdiririk. Məlum səbəblərdən tam heyətlə məşq edə bilmirik. Bizdən 6, “İnter”dən isə 2 futbolçu millinin düşərgəsindədi. Sadəcə 2 gün tam heyətlə məşq edə biləcəyik. Çalışacağıq ki, maksimum ideal səviyyədə meydana komanda çıxaraq. Dəyişikliklərin olması mümkündü. “İnter”lə oyun olduqca çətin keçəcək. Onlar son vaxtlar uğurlu çıxış edirlər. Oyunlarında həqiqətən artım var. Üstəlik, Kaxaber Sxadadze kimi bacarıqlı məşqçiləri var. Son zamanlar artırdıqlarını görsək bizimlə oyuna qələbə üçün çıxacaqlarını gözləmək olar. Təbii ki, biz də eyni məqsəd üçün mübarizə aparacağıq. Final mərhələsinin ilk turunda da “İnter”lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi. Sona 5 tur qalıb. Ona görə də oyunlar daha da gərgin keçəcək. “İnter” ölkənin son çempionudu. Ona görə də onları hesabdan silmək düzgün deyil”. (klubun rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.