21 aprel 2011 14:52

Nodar Məmmədov: Ən azı, 5-6 il legioner həyatı yaşamaq istərdim

Nodar Məmmədov “Qəbələ”nin ən gənc üzvlərindəndi. 23 yaşlı müdafiəçi  “Qəbələ”yə ötən il qoşulmasına və gənc olmasına baxmayaraq, “Şahdağ”, MOİK, “Muğan” və “Qarabağ”da da oynamağa imkan tapıb. O, həm də ölkəmizin, demək olar ki, bütün yığma komandalarında top qovmuş futbolçulardandı. Ara-sıra əsas milliyə də dəvət  alan futbolçu müsahibəsində futbola ilk gəlişi, yığmada və “Qəbələ”dəki karyerası barədə danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Nodar, futbola necə gəlmisən? Deyəsən, futbolçu kimi karyeran əvvəldən uğurlu alınıb - ən kiçik yaşlarından yığmalara çağırılmısan...
- 1992-ci ildə ailəmlə Gürcüstandan Azərbaycana köçdük. Futbol oynamağa  Zabrat qəsəbəsində başlamışam, “Zabrat bələdiyyəsi” adlı komandada. Ordan “U-15”ə, sonra da “U-17”yə çağırıldım. “U-15”də İslam Kərimovun rəhbərliyi altında oynamışam. 16 yaşımda Şakir Qəribovun baş məşqçisi olduğu “U-17”yə dəvət aldım və bu komandanın heyətində Avropa çempionatında çıxış etdim. Daha sonra Arif Əsədovun başçılığı altında 19 yaşadək futbolçulardan ibarət yığmada oynadım. Sonralar Olimpiya yığmasının və nəhəyət, əsas milli komandamızın formasını geyinmək mənə nəsib olub. Əsas millinin heyətində Uels, İslandiya və İrana qarşı matçlarda oynamışam.  
 
- Demək olar, bütün yaş dərəcələrində yığmaların şərəfini qorumusan. Yığmaların hansında çıxışın sənin üçün yaddaqalan olub?
- Arif Əsədovun başçılıq etdiyi “U-19”un heyətində Ermənistan komandasına   qalib gəldiyimiz oyun yaddaqalan olub. Komandanın kapitanı mən idim. İkinci qolun ötürməsini də mən vermişəm. Hesab 1:1 olanda hakim mərkəzdə cərimə zərbəsi təyin etdi. Topu havaya qaldırdım, Nizami Hacıyev isə baş zərbəsiylə ikinci topu ermənilərin qapısından keçirtdi. Bu, yığmalarda oynadığım dövrlərdə yadımda  qalan ən unudulmaz məqamlardan biridir.  
 
- Yaşın elə də çox deyil, amma Azərbaycanda 4 klub dəyişmisən...
- Elit klublar arasında ilk komandam Qusarın “Şahdağ”ı olub. Orda ciddi irəliləyiş görmədim. Rasim Kara “Qarabağ”a gələndə, həmin komandaya dəvət etdilər. Əcnəbi məşqçi olduğundan Ağdam klubunu seçdim. İlyarım “Qarabağ”da oynayandan sonra əsgərlik yaşıma çatdım və OMİK-ə keçdim. OMİK birinci liqaya düşəndə isə “Qarabağ” məni icarəyə götürdü. Amma orda oynamırdım deyə, komandada qalmaq istəmədim. Buna görə də icarə əsasında 3 aylığa “Muğan”a keçdim. Ancaq Salyan klubunda baş məşqçi Hurtiçlə problemim oldu. Hurtiç o zaman bizim üçün (“Muğan” – red.) “Qəbələ” və “Bakı”ya qarşı oyunlarda məni meydana buraxmadı. Halbuku, həmin oyunların elə bir əhəmiyyəti yox idi. “Bakı” ilə oyunda matçın sonuna 5 dəqiqə qalmış dedi ki, isinmə hərəkətləri edim. Amma bilirdim ki, yenə meydançaya buraxmayacaq. O, elə adam idi ki, prinsip aparırsa, geri duran deyildi. Mən də onun dediyini etmədim. “Muğan”ı tərk edib yenidən “Qarabağ”a qayıtdım və komanda ilə Ankaraya 15 günlük təlim-məşq toplanışına yollandım. Amma həmin vaxt “Qəbələ”dən təklif almışdım deyə, düzü, orda qalmaq istəmirdim. Odur ki, bir az həvəssiz məşq edirdim. Baş məşqçi Qurban Qurbanov bunu hiss etmişdi. Yaxınlaşıb soruşdu ki, getmək istəyirsən? Mən də düzünü dedim. Sağ olsunlar, “Qarabağ”da mənə problem yaratmadılar.
 
- Bəs “Qəbələ”yə keçidin necə baş verdi?
- “Qarabağ”la 2 illik müqaviləm olsa da, “Qəbələ”ni seçdim.  21 yaşlıların Moldova ilə oyununda Toni Adamsın köməkçisi Qari Stivens məni görüb bəyənmişdi. Oyundan sonra klubun baş meneceri Zaur Əzizov yaxınlaşıb, məni öz komandalarında görmək istədiklərini dedi. Mən də məmnuniyyətlə razılıq verdim.
 
- “Qəbələ”də çıxış edən futbolçuların bəziləri bu komandanı Toni Adamsa görə seçdiklərini deyirlər. Bəs sən?
- Düzünü desəm, baş məşqçimizin yeri başqadır. Tanınmış şəxsiyyətdir, futbolda olduqca böyük təcrübəyə malikdir. “Qarabağ”da olduğum vaxt çempionat oyunlarında müntəzəm oynamağım lazım idi, amma oynaya bilmirdim. “Qəbələ”yə keçməklə bu şansı qazanmaq istəyirdim. Şükür ki, “Qəbələ”ni seçdim və özümü doğrulda bildim.
 
- Əsas milli komandanın heyətində bir neçə dəfə oynasan da, nədənsə yığmaya müntəzəm çağırılmırsan... 
- Milliyə ilk dəfə “Qarabağ”dan, Rasim Karanın dövründə çağırılmışam. Onun vaxtında 4 oyunda oynamışam. Sonra əsgərliyə getdim, MOİK-ə keçdim. MOİK-in çempionatda uğursuz çıxış etməsi millidəki karyerama da pis təsir göstərdi. Deyərdim ki, əməlli-başlı zərdə vurdu. Bir dəfə millinin yoxlama təlim-məşq toplantısında Berti Foqts mənə yaxınlaşıb soruşdu ki, bilirsən səni niyə milliyə çağırmıram? Cavab verdim ki, yox. Dedi ki, “Neftçi”yə qarşı matçda oyununa bax, onda bilərsən.
 
- “Neftçi” ilə oyunda nə olmuşdu ki?
- “Neftçi”yə 0:5 uduzmuşduq. Buraxılan toplardan 2-si mənim zonamdan vurulmuşdu. MOİK çempionat oyunlarında müntəzəm uduzduğuna görə, biz də tez ruhdan düşürdük, oynamağa həvəsimiz qalmırdı.
 
- Axı futbolçuların çoxu dəridən-qabıqdan çıxır ki, özlərini göstərsinlər, milliyə düşsünlər...
- Razıyam, amma MOİK-də bunu etmək mümkün deyildi. Sözlərimi vaxtilə MOİK-də oynayanlar da təsdiq edə bilərlər. Ola bilsin ki, ordu klubunda futbolçu kimi müəyyən vərdişləri, fiziki formanı saxlamaq mümkündür. Amma peşəkar futbolçu üçün təkcə fiziki forma kifayət deyil.
 
- “Qəbələ”nin altılığa düşə bilməməsi də səni həvəsdən saldı?
- Əslində, bu il komandanın qarşısına ciddi vəzifə qoyulmamışdı. Buna baxmayaraq, bir-iki nəfər vardı, onların acığına çox istəyirdim ki, “Qəbələ” altılıqda oynasın.
 
- Kimləri nəzərdə tutursan?
- Rəqib komandada oynayan futbolçu dostlarımı. Deyirdilər ki, “Qəbələ” altılığa düşməyəcək. Onlara əksini sübut etmək istəyirdim. Ona görə də, təsnifat mərhələsində “Muğan”a uduzanda özümə yer tapa bilmirdim, oyunun axırında hirsimdən məni ağlamaq tutmuşdu. Çünki “Qəbələ” gözgörəsi Salyan komandasından bir baş üstün idi. Deməli, qismət deyilmiş.
 
- Yenidən milliyə düşmək istəyirsən?
- Əlbəttə. Hər futbolçu istər ki, millinin formasını geyinsin, daim yığmaya çağırılsın.
- Amma bu yanğı hiss olunmur... Bəlkə özünü millidə sənin mövqeyində oynayanlardan zəif sayırsan?
 
- Yox, niyə ki, istək var. Özümü millidə mənim mövqeyimdə oynayanlardan, deyək ki, Elnur Allahverdiyev, Rail Məlikov, yaxud Cəmşid Məhərrəmovdan zəif bilmirəm. Çempionat oyunlarında onlara qarşı oynamışam. Bu, sadəcə, Foqtsun qərarıdır, o, kimi lazım bilirsə, onu da çağırır.
 
- Sənin yaşında olan futbolçular çox vaxt xaricə can atır. Legioner həyatı yaşamaq istəyirsən? 
-  Ən azı, 5-6 il legioner həyatı yaşamaq istərdim. Amma ona qədər “Qəbələ”nin uğurları üçün tər tökəcəm.
 
- “Qəbələ” ilə arzuların nədir?
- “Qəbələ” ilə titul qazanmaq və ya avrokuboklarda oynamaq istəyirəm. İstəyirəm, mənim də titulum olsun. Düzdür, “Qarabağ”da bürünc medallara sahib olmuşam, amma cəmi 4 oyunda oynamışam. Yəni həmin nəticədə payım az olub. Ona görə də, “Qəbələ”də arzum mükafatlardan birini, yaxud da kuboku qazanmaqdır.
 
Mənbə: Qəbələ FK

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.