21 aprel 2011 15:09
Adnan Polat GS prezidentliyindən geri çəkildi
Türkiyənin “Galatasaray” klubunun prezidenti Adnan Polat mayın 14-də keçiriləcək yeni prezident seçkilərində namizədliyini irəli sürməyəcək. Azerisport.az xəbər verir ki, o, bu günkü açıqlamasında bu işdən yorulduğunu və geri çəkildiyini bildirib.
Adnan Polad deyib ki, “Galatasaray”da üzərinə götürdüyü vəzifəsini yerinə yetirib: “Qəti olaraq namizəd olmayacam. Çox yorulmuşam, artıq ailəmə, işlərimə vaxt ayırmaq istəyirəm”.
Qeyd edək ki, “Galatasaray” prezidenti postu uğrunda mübarizə aparacaq namizədlər də artıq məlumdu. Bu sırada Ünal Aysal, Mehmet Helvacı, Turqay Kıran var.
