21 aprel 2011 15:36
Rövnəq Abdullayev: Qarabağ`ı buna məcbur edə bilmərik
AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməsiylə bağlı münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı aşağıdakıları dilə gətirib:
“Futbolumuzun Bakı ilə yanaşı regionlarda da inkişaf etməsi vacibdi. Əks halda biz, sadəcə uğur qazana bilmərik. Mən “Qarabağ” rəhbərliyi ilə söhbətimdə onlara Quzanlıdakı stadionlarına dönməyi məsləhət görmüşəm. Amma digər tərəfdən klubları buna məcbur da edə bilmərik. Klublar bu baxımdan öz istədikləri kimi hərəkət etməlidilər. Yəni son qərar onların özlərinindi”.
