21 aprel 2011 15:41
AFFA prezidenti Quzanlıda
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində olub. Azerisport.az xəbər verir ki, R.Abdullayev AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində tətbiq olunan Elit Məşq layihəsi çərçivəsində Quzanlıdakı Olimpiya İdman Komleksində start verilən məşqləri izləyib.
Elit Məşq layihəsinin Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş məşqçisi, futbol veteranı Elbrus Abbasov keçirilən məşqlər, Elit Məşq layihəsinə cəlb olunan uşaqlar barədə AFFA prezidentinə ətraflı məlumat verib. R.Abdullayev bu layihə sayəsində xeyli istedadlı uşağın üzə çıxarılacağına, milli komandalarımızın və klublarımızın üzvlərinə çevriləcəyinə inandığını bildirib, məşqçilərə və uşaqlara uğurlar arzulayıb.
