21 aprel 2011 17:23

Xəzər Lənkəran yenə AZAL-a uduzacaq?

“Xəzər Lənkəran” ardıcıl dörd heç-heçədən sonra Premyer Liqanın 28-ci turu çərçivəsində final mərhələsinin ilk turunda məğlub olduğu AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “altılıq”da hələ də qələbə qazana bilməyən və çempionluq yarışında çox geri düşən cənublular bu dəfə sürprizə imkan vermək istəmir.
 
Çünki son turda xal fərqinin artması ilə çempionluq şansları daha da azalan Mirça Rednikin komandası indi istənilən büdrəmə halında bu məsələdə nöqtənin qoyulmasına üzülə bilər. Turnir cədvəlinə nəzər salmasaq belə, final mərhələsinin beş turunda dörd xal və qələbənin olmaması sözsüz ki, “Xəzər Lənkəran”ın planlarını özündə əks etdrimir. Ötən şənbə komanda doğma arenada qol “oruc”unu pozsa da, bu şənbə qələbə sükutuna son qoymaq üçün imkan var. Qeyd edək ki, çempionatda qələbəsiz oyunlar seriyası məhz AZAL-a qarşı oyunla başlayıb.
 
AZAL isə final mərhələsində ən yaxşı çıxış edən komandalardan biridi. Cənublularla oyun da daxil olmaqla üç matçda qalib gələn “təyyarəçilər” digər iki oyunda məğlub olub. Əsas məqsədi medalçılar sırasına düşmək olan AZAL son turda məğlub olub və ardıcıl ikinci uğursuzluğa yol verməmək üçün komanda bu oyuna çox ciddi yanaşacaq.
 
Maraqlıdı ki, hər iki komandanı bu görüşdən dörd gün sonra Azərbaycan Kubokunun yarımfinalı gözləyir. “Xəzər Lənkəran” “Bakı” ilə, AZAL isə “İnter”lə üz-üzə gələcək.
 
Çempionatın təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran” AZAL-ı bu ilin fevral ayında qəbul edib. Həmin oyun 2:1 hesabı ilə cənub təmsilçisinin xeyrinə başa çatıb.
 
Qarşıdakı oyun “Xəzər Lənkəran”ın bu mövsüm çempionatda 14-cü ev oyunu olacaq. Bu oyunlarda 8 dəfə qalib gələn və 1 dəfə məğlub olan komanda ötən həftə heç-heçələrin sayını 4-ə çatdırdı. AZAL isə bu mövsüm 13 dəfə səfər oyunu oynayıb, bu oyunların 3-də qələbə qazanıb, 5-də heç-heçə edib və 5 dəfə də məğlub olub. Maraqlıdı ki, bu komanda çempionatda keçirdiyi son 4 səfər oyunun hamısında məğlub olub ki, bunlardan biri də Lənkəranda baş tutmuş oyuna təsadüf edir.
 
AZAL geridə qalmış oyunlarda 31 qol vurmağa nail olubsa, “Xəzər Lənkəran” bundan bir qol az – 30 top vurub. Buraxılan qollarda isə “ağ-yaşıllar”ın göstəricisi daha yaxşıdı (15:19). Hər iki komanda bu mövsüm 9 dəfə heç-heçəyə imza atıblar.
 
Milli çempionatlar çərçivəsində “Xəzər Lənkəran” buna kimi 6 dəfə AZAL-ı qəbul edib. Bu oyunlarda iki dəfə heç-heçə qeydə alınıb, digər dörd oyunda isə cənublular qələbə qazanıb. Bu qələbələrin hamısı bir topluq fərqlə qazanılıb. (XL-ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.