21 aprel 2011 17:30
Almaniya ilə oyunun biletləri satışa çıxarıldı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.
Bundan əlavə Bundestimlə qarşılaşmanı izləmək istəyənlər üçün Park Bulvar Alış-Veriş Mərkəzinin 1-ci və 3-cü mərtəbələrində yerləşən satış məntəqələrindədə də belə imkan yaradılıb.
