21 aprel 2011 18:45
Ölkəmizin ən çox qazanan idmançısının adı açıqlandı (FOTO)
Amerikanın məşhur ESPN telekanalı öz jurnalında 118 ölkənin ən ən yüksək ödənişli idmançılarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda Azərbaycanın da ən çox qazanc götürən idmançısının adı açıqlanıb.
Jurnalın açıqlamasına görə Azərbaycanın ən yüksək ödənişli idmançısı… rusiyalı futbolçusu Aleksandr Səmədovdu. Onun Moskva “Dinamo”sundakı qazancı 1 287 000 ABŞ dolları civarındadı.
Qeyd edək ki, Səmədov həqiqətən Azərbaycan əsillidi. Onun atası Gəncədəndi. Lakin futbolçu özü Rusiya vətəndaşlığını daşıyır və sözügedən ölkənin millisində çıxış etməyi arzulayır.
