21 aprel 2011 19:05
"Başlıca vəzifəmiz avrokuboklara düşməkdi"
Son ölkə çempionu “İnter”in yarımmüdafiəçisi Petar Zlatinov Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyunu barədə danışıb, “Qarabağ”la qarşıdakı görüşlə bağllı fikirlərini bölüşüb. Azerisport.az onun həmin açıqlamaları ilə sizi də tanış edir:
“Xəzər Lənkəran”la səfər oyunları həmişə çətin alınır. Bu dəfə də belə oldu. Ən əsası odu ki, biz buraxılmış qolun əvəzini çıxa bildik. Beləliklə də uduzmamaq kimi minimum tapşırığı yerinə yetirdik. Matçın gedişində onların da, bizim də şanslarımız oldu, lakin hesab dəyişmədi”.
“Qarabağ” kifayət qədər ciddi rəqibdi, çox güclü komandadı. Onlar yaxşı kombinasiyalı futbol oynayırlar və buna görə də bizi çətin oyun gözləyir. Axı, onları məğlub etmək o qədər də asan deyil. Demək istəyirəm ki, “Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacağıq. “Altılığ”ın final oyunları çərçivəsində biz artıq 5 qarşılaşma keçirmişik, lakin heç birində qələbə əldə edə bilməmişik. Odu ki, qarşıdakı oyunda 3 xal bizə çox lazımdı. Bundan başqa, qələbə bizə turnir cədvəlində vəziyyəti dəyişdirməyə imkan verəcək ki, bu da oyunun əhəmiyyətini artırır. Hansısa proqnoz vermək istəmirəm. Təbii ki, nə qədər irəliləsək, bir o qədər yaxşı olar. Turnir cədvəlində vəziyyəti dəyişmək lazımdı. Bunun üçün qalan matçlarda qalib gəlmək lazımdı. Bizim başlıca vəzifəmiz avrokuboklara düşməkdi”. (klubun rəsmi saytı)
