21 aprel 2011 19:12

Ukrayna millisinin baş məşqçisi nəhayət ki, açıqlandı

Futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisinin kimliyi nəhayət ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, vaxtilə bu komandanın sükanı arxasında çalışmış Oleq Bloxin yenidən Ukrayna millisinin baş məşqçisi seçilib.
 
Sözügedən qərar Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Belə ki, yeni baş məşqçinin təyinatı ilə bağlı İK-da səsvermə keçirilib. Düzdü, bu səslərin çoxunu gənclərdən ibarət yığmanın baş məşqçisi Pavel Yakovenko qazanıb. Lakin bu mütəxəssis 2011-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan və 2012-ci il London Yay Olimpiadasında iştirak şansları olan hazırkı komandasında işini davam etdirməyə üstünlük verib. Bloxin isə səs sayında ikinci yeri tutub. Məhz bu üzdən İK məhz bu mütəxəssisin baş məşqçi təyin olunmasından başqa çıxış yolu tapmayıb.
 
Qeyd edək ki, Oleq Bloxin 2003 – 2007-ci illərdə də Ukrayna millisinin baş məşqçisi olub. Bu komanda Bloxinin rəhbərliyi altında tarixində ilk dəfə 2006-cı il dünya çempionatında iştirak edib və 1/4 finaladək irəliləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.