21 aprel 2011 11:27

Flavinyo: Millidə çıxış etmək haqda təkbaşına qərar qəbul edə bilmərəm

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın mart ayı üçün ən yaxşı futbolçusu seçilməsi münasibətilə azerisport.az saytının suallarını cavablandırıb.

- Qələbə münasibəti ilə sizi təbrik edirik. Təəssüratlarınız necədi?
- Mənə səs verən hər bir kəsə təşəkkürümü bildirirəm. Mən şadam ki, artıq ikinci dəfə aydın ən yaxşı futbolçusu seçilirəm. Diqqət çox vacibdi.
 
- Bəs siz bu ay üçün kimi ən yaxşı seçərdiniz?
- Bir sıra futbolçular var ki, öz çıxışları ilə mənim diqqətimi çəkməyi bacarıblar. Bizim Ruslan Abışov ən yaxşı olmağa layiqdi. Mən ona səs verərdim. Bundan əlavə AZAL-dan Zohair Benuahiyə də səs vermək olardı. “Xəzər Lənkəran”dan Julius Vobay pis deyil. Hər halda mən mart ayında bu üçlük arasında seçim edərdim.
 
- 1111 manatlıq mükafatınızı hara xərcləməyi planlaşdırırsız?
- Hələlik, bilmirdəm. Mən heç ilk dəfə aldığımı da heç yerə xərcləməmişəm. Pullar hələ də kartımda qalır. Onları gələcək üçün saxlayıram. Mənə gələcəkdə lazım olacaq.

- Azərbaycan yığmasında çıxış etmək perspektivinə necə baxırsız?
- Mən bura gələndə demişdilər ki, qarşındakı yeganə vəzifə “Neftçi”nin çempionluğu üçün əlindən gələni etməkdi. Buna görə hazırda məni klubum maraqlandırır. Azərbaycan yığmasında çıxış etmək böyük şərəfdi. Lakin mən bu haqda təkbaşına qərar qəbul edə bilmərəm. Bilmək lazımdı ki, AFFA bu haqda nə düşünür. Həmçinin “Neftçi”nin baş məşqçisi Arif Əsədov da sözünü deməlidi. Klub prezidenti Sadıq Sadıqovun razılığı olmadan da mən heç bir qərar qəbul edə bilmərəm. Bax bu son iki şəxs razı olsalar, çox sevinərəm.

- Bir sıra milliləşmiş futbolçular Azərbaycan yığmasına dəvət aldıqdan sonra formasını itirirlər...
- Bu haqda mənə danışıblar. Buna görə də mənim Arif Əsədovla ətraflı söhbət etməyim lazımdı. Bu, son dərəcə prinsipial məsələdi. İndi isə “Neftçi” mənim üçün hər şeydən önəmlidi.
 
- Növbəti turda sizi “Bakı” ilə oyun gözləyir...
- Bizə qarşı bütün komandalar ikiqat güclə mübarizə aparır. Fikir verdinizsə, AZAL son oyunda bütün gücünü sərf etdi. “Bakı” altıncı pillədə qərarlaşsa da, güclü komandadı. Bu komanda istənilən favoriti xalsız qoya bilər.
 
- Bahodir Nasimovun artıq uzun müddətdi qol vura bilməməsi sizi narahat etmir ki?
- Bahodir meydanda çox iş görür. Düzdü, qol vurmasa da, “Neftçi”nin irəliləməsində bu, heç bir təsirini göstərmir. Nasimov klubumuz üçün lazımlı oyunçudu. Onun hazırkı uğurlarımızda xidməti də kifayət qədər yüksəkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.