21 aprel 2011 11:33
Azərbaycan millisindən 7:0 hesablı darmadağın
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Budapeşti təmsil edən “Femina” klubunun 1995-1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası olub.
Rəqibinin demək olar ki, müqaviməti ilə üzləşməyən yığmamız 7:0 hesabı ilə qələbə qazanıb.
