21 aprel 2011 00:12
Millimiz 1 gün öncə qalib gəldiyi rəqibinə uduzdu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Əl Mamzar Parkda Birləşmiş Ərəb Əmirliklərinin ikinci yığma komandası ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Ramil Əliyev het-trik edib. 1 dəfə isə Ümid Hüseynov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında aprelin 19-da keçirilmiş yoldaşlıq oyunu 3:2 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
