21 aprel 2011 12:12
Berti Foqts: 4 futbolçumuz Avropada çıxış edəcək səviyyədədi
Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts bildirib ki, 4 futbolçusu Avropanın aparıcı çempionatlarından birində top qovmağa qadirdi. Azerisport.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Bizim qarşıda 4 ev oyunumuz var. Təəssüf ki, mənim yetirmələrim səfər matçlarında çox qorxaq oyun sərgiləyir. Amma ev oyunlarımızda onlar daha inamlı çıxış edirlər. Hazırda komandamın 4 üzvü Avropanın ən yaxşı çempionatlarında çıxış edəcək səviyyədədi. Mən bunu tam əminliklə deyə bilərəm”.
