22 aprel 2011 00:15
Beşiktaşın finaldakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)
Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İlk oyunda “Gaziantepspor”u darmadağın etməklə işin böyük hissəsini həll edən “Beşiktaş” cavab matçında da uğurlu çıxış edib. Sonda qələbəni əldən vermələrinə rəğmən, “qara qartallar” adını finala yazdırıblar.
Digər yarımfinal cütündə isə ilk oyunda sülhə razılaşan “Genclerbirliği” ilə “İstanbul BB” münasibətlərinə aydınlıq gətirib. Daha inamlı çıxış edən İstanbul klubu səfər matçında 3 cavabsız qol vuraraq, "Beşiktaş"a rəqib olub.
Türkiyə kuboku
Yarımfinal (cavab oyunları)
20 aprel
Gaziantepspor – Beşiktaş – 2:2
Qollar: Adin, 5; 68 – Simao, 33-pen, Almeyda, 49.
İlk oyun: 0:3
21 aprel
Genclerbirliği - İstanbul BB - 0:3
Qollar: Akın, 11; 22, Tum, 26.
İlk oyun: 1:1
