21 aprel 2011 12:22
Millimizin məşqçisi: Kamran Ağayev tezliklə Eintracht`a keçəcək
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn bəyan edib ki, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Bundesliqada çıxış edəcək. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu haqda açıqlamasında bunları dilə gətirib:
“Kamran Ağayev Bundesliqanın ən yaxşı qapıçılarından biri ola bilər. Tezliklə o “Eintracht”a keçəcək”.
“Kamran Ağayev Bundesliqanın ən yaxşı qapıçılarından biri ola bilər. Tezliklə o “Eintracht”a keçəcək”.
Qeyd edək ki, Frankfurt təmsilçisi bu il elitada qalmaq uğrunda mübarizə aparır. “Eintracht” hazırda 30 oyundan topladığı 33 xalla 18 komanda arasında 15-ci yerdə gedir.
