21 aprel 2011 12:41
Real qazandığı kuboku bir neçə saat sonra itirdi (FOTO, VİDEO)
İspaniyanın “Real” klubu xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, Madrid klubu dünən İspaniya Kubokunda əzəli rəqibi “Barcelona” üzərindəki çətin qələbə sayəsində qazanılan kuboku qoruya bilməyib.
Qarşılaşmadan sonra paytaxt küçələrinə çıxaraq, kuboku qazanmalarını bayram etməyə başlayan madridlilərin müdafiəçisi Serxio Ramos kuboku avtobusun ikinci mərtəbəsindən onun təkərləri altına salıb. Sürücü tez reaksiya verərək avtobusu saxlaya bilib. Lakin nəzərə çarpacaq dərəcədə zərər görən kuboku hüquq-mühafizə orqanlarının əməkdaşları təkərlər altından götürüblər. O, publikaya bir daha göstərilməyib.
