22 aprel 2011 13:43

Ritus Krjauklis: Lənkərana da 3 xal üçün gedirik

AZAL-ın müdafiəçisi Ritus Krjauklis azerisport.az saytına müsahibəsində “Neftçi” ilə son oyundan, “Xəzər Lənkəran”la qarşıdakı dueldən və iki cəbhədə mübarizə aparmağın nə dərəcədə çətin olmasından danışıb.
 
- “Neftçi” ilə yanaşı final mərhələsindəki 5 oyundan 3-də qələbə qazanan AZAL buna necə nail olub?
- Biz bütün oyunlarda meydana qələbə üçün çıxırıq. Bu üzdən dediyinizdə təəccüblü nəsə görmürəm.
 
- Bəs “Neftçi” ilə son oyunda (1:2)buna niyə nail ola bilmədiniz?
- Biz yaxşı oynadıq. Ümumiyyətlə, bütün oyunu yaxşı səviyyədə keçirdik. Ancaq 2 dəqiqəyə buraxılan 2 qol sözünü dedi. Hesabı bərabərləşdirmək üçün qol vəziyyətlərimiz olu. Deməzdim ki, 100 faizlik. Amma 99 faizlik qol vəziyyətləri saymaq olardı (gülür).
 
- Yəni, məğlubiyyətə layiq olmadığınızı demək istəyirsiz?
- Əlbəttə ki, biz məğlubiyyətə layiq deyildik. Qolları da sırf öz səhvlərimizdən sonra buraxdıq.

- Turnir cədvəlində hansısa yeri tutmaq sizin üçün vacibdi, yoxsa başlıca vəzifə avrokuboklara düşməkdi?
- Komanda hər oyuna 3 xal üçün çıxır. Turnir cədvəlindəki vəziyyətimiz isə təbii ki, nəticələrimizdən asılıdı. Hələlik, heç kim deyə bilməz ki, mövsümün sonunda hansı komanda neçənci yeri tutacaq. Amma təbii ki, biz mümkün qədər üst pillələrdə qərarlaşmağa çalışacağıq.
 
- Qarşıda sizi “Xəzər Lənkəran”la səfər oyunu gözləyir. Son oyunda qələbə qazandığınızdan qorxmursuz ki, bu dəfə cənublular revanş alsın?
- AZAL Lənkərana 3 xal üçün gedir. Komanda səfər matçında da meydana yalnız maksimum nəticə, qol vurub, xal qazanmaq üçün çıxacaq. Rəqibin revanş istəyi haqda isə heç düşünmürük də. Biz sadəcə öz oyunumuzu sərgiləməyə çalışacağıq.
 
- Sizi tezliklə ölkə kubokunda da oyun gözləyir. Düşünmürsüz ki, iki cəbhədə mübarizə aparmaq şətin olacaq?
- Burda ciddi heç nə yoxdu. Biz bütün oyunlara eyni şəkildə hazırlaşmalı olacağıq. Bütün komandaların hər oyun üçün xüsusi yanaşma tərzi var. Məsələn, biz də XL-la səfər matçına bir, “İnter”lə kubok görüşünə isə fərqli taktika ilə hazırlaşmalı olacağıq.
 
- Siz bu vaxta kimi Latviya “Ventspils”ində çıxış edirdiz. Azərbaycandakı “altılıq” sistemi sizin üçün yəqin ki, yenidi...
- Mənim ürəyimcədi. Hazırda bir çox Avropa ölkələrində bu sistemdən yararlanırlar. Buna görə də hesab edirəm ki, hər şey normaldı. Əlbəttə, birinci və ikinci altılıqlardakı məqsədlər fərqlənir. Amma hər halda altılıqlara bölünmək üçün də ilkin mərhələ olur.
 
- Latviya və Azərbaycan çempionatları arasında nə kimi fərqlər var?
- Azərbaycan çempionatı güclüdü. Amma deməzdim ki, Latviya birinciliyi ondan zəifdi. Yeganə fərq ondan ibarətdi ki, Latviyada hazırda daha çox gənc futbolçulara diqqət yetirilməkdədi. Burda isə bir qədər yaşlılardı. Böyük təcrübəyə malik futbolçular çoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.